Modern.az

Ebola epidemiyası nəzarətdən çıxır - ÜST-dən XƏBƏRDARLIQ

Ebola epidemiyası nəzarətdən çıxır - ÜST-dən XƏBƏRDARLIQ

Dünya

26 May 2026, 17:29

Ümumdünya Səhiyyə Təşkilatı Afrikada Ebola epidemiyasının nəzarətdən çıxmağa başladığını açıqlayıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, virusun Konqo Demokratik Respublikası və Uqanda ərazisində yayılması epidemiyanın qarşısını almaq üçün görülən tədbirlərdən daha sürətlə davam edir.

Son məlumatlara görə, ehtimal olunan qurbanların sayı 220 nəfərə çatıb.

Vəziyyəti daha da çətinləşdirən amillər sırasında Ebola virusunun bu ştammına qarşı vaksinin olmaması və epidemiyanın yayıldığı bölgələrdə təhlükəsizlik problemləri göstərilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...