Modern.az

Bələdiyyədə əməliyyat keçirildi - 62 nəfər saxlanıldı

Bələdiyyədə əməliyyat keçirildi - 62 nəfər saxlanıldı

Dünya

Bu gün, 11:10

Türkiyənin İzmir şəhərinin Buca bələdiyyəsində rüşvətxorluq faktları ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.

Modern.az xəbər verir ki, TRT Haber-in məlumatına görə, əməliyyat çərçivəsində 62 nəfər saxlanılıb və istintaqa cəlb olunub.

Saxlanılanlar arasında Buca bələdiyyəsinin meri Görkəm Duman, onun müavinləri və köməkçiləri də var.

Məlumata görə, əməliyyat rüşvətxorluq və korrupsiya iddiaları əsasında aparılır. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV