Modern.az

Rusiya Ukraynanın bu kəndinə hücum etdi, ölənlər var

Rusiya Ukraynanın bu kəndinə hücum etdi, ölənlər var

Dünya

Bu gün, 20:08

Rusiya hücumu nəticəsində Ukraynanın Sumı vilayətinin Şostka rayonunun Yampol kəndində 2 nəfər ölüb.

Modern.az xəbər verir ki, bu barədə Sumı vilayət hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov Teleqram kanalında bildirib.

"Düşmən Yampol icmasının mərkəzi hissəsinə hücum edib, nəticədə 2 nəfər ölüb. Yaralanan 4 qadın isə xəstəxanaya çatdırılıb. Onlara zəruri tibbi yardım göstərilir", - o yazıb.

O. Qriqorovun sözlərinə görə, ölənlərin şəxsiyyəti müəyyənləşdirilir, hücumun bütün təfərrüatları və nəticələri araşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna KÜTLƏVİ HÜCUMA başladı - Rusiyada bu yerlər vurulur!