Modern.az

İzmirdə 39 qanunsuz miqrant saxlanıldı

İzmirdə 39 qanunsuz miqrant saxlanıldı

Dünya

19 İyul 2026, 00:01

Türkiyənin İzmir vilayətinin sahillərində həyata keçirilən əməliyyatlar zamanı 39 qanunsuz miqrant və miqrant qaçaqmalçılığı ilə məşğul olmaqda şübhəli bilinən bir nəfər saxlanılıb.

Modern.az TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.

Bildirilib ki, İzmir sahillərində Sahil Mühafizəsinin pilotsuz uçuş aparatı vasitəsilə qanunsuz miqrantlardan ibarət qrup müəyyən edilib.

Əməliyyat nəticəsində 39 qanunsuz miqrantla yanaşı, miqrant qaçaqmalçılığı təşkil etməkdə şübhəli bilinən bir nəfər də saxlanılıb.

Saxlanılan şəxslər aidiyyəti üzrə Miqrasiya İdarəsinə təhvil verilib.

Sizə yeni x var
Keçid et
Rusiya Xəzərdə hərəkətə keçdi - Nə baş verir?