Modern.az

İranlı spiker ABŞ-ni “Böyük Şeytan” adlandırdı

İranlı spiker ABŞ-ni “Böyük Şeytan” adlandırdı

Dünya

2 Sentyabr 2026, 13:46

İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf ABŞ-nin Sirik şəhərindəki toy mərasiminə endirdiyi aviazərbəyə sərt reaksiya verib və bu ölkəni “Böyük Şeytan” adlandırıb.

Modern.az xəbər verir ki, Qalibaf ABŞ-nin ötən gecə qeyri-hərbi obyektlərə, xüsusilə toy mərasiminə hücumu zamanı çox sayda İran vətəndaşının həlak olmasını xatırladıb.

Parlament sədrinin sözlərinə görə, ABŞ-nin toy mərasiminə endirdiyi zərbə ağır nəticələrə səbəb olub.

Qalibaf “X” sosial şəbəkəsində ingilis dilində paylaşdığı açıqlamada ABŞ-nin həyata keçirdiyi hücumları belə təsvir edib:

“Minab məktəbi: uşaqlar qətlə yetirildi.

Lamerd idman zalı: uşaqlar qətlə yetirildi.

Köhestək toyu: uşaqlar ailələri ilə birlikdə öldürüldü.

Əgər bir güc Şeytan kimi davranırsa, Şeytan kimi hədəf seçirsə və Şeytan kimi öldürürsə, deməli, həmin güc Şeytandır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrandan Ermənistana ŞOK HƏDƏ: Bombalayacağıq!