İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətində könüllü “Bəsic” qüvvələrinin komandiri Əfsanə Aqilə öldürülüb.
Modern.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, Məhrestan rayonunda “Bəsic” könüllü qüvvələrinin mərkəzinə rəhbərlik edən qadın evinin girişində güllələnib. Hücum edən şəxslərin ABŞ və İsraillə əlaqəli olduğu bildirilir. Lakin bu iddia ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
Bu, bir həftədən az müddətdə Sistan və Bəlucistan əyalətində öldürülən ikinci qadındır.
Ötən həftə yol kənarına yerləşdirilmiş bombanın partlaması nəticəsində əyalət polis rəisinin müavini, mayor Nüsrət Eftehari həlak olub.