Ermənistanın cənubunda yerləşən Sisian şəhərində 13 yaşlı qızına qarşı mütəmadi olaraq, o cümlədən cinsi xarakterli zorakılıq törətməkdə şübhəli bilinən 44 yaşlı kişi saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, nazirliyə hadisə barədə oktyabrın 14-də məlumat daxil olub. Şübhəli şəxs saxlanılaraq Sisian Polis Şöbəsinə aparılıb.
Faktla bağlı cinayət işi başlanıb. Kişi istintaq təcridxanasına köçürülüb.