Yəmənin cənubundakı Ədən şəhərində Əl-Maşiq prezident sarayının ətrafında beş partlayış baş verib.
Modern.az xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb.
Məlumata görə, saray raket atəşinə məruz qalıb.
Yəmənin Baş naziri Şaya əz-Zindani və Nazirlər Kabineti üzvlərinin təhlükəsizliyi təmin olunub.