Modern.az

Qazaxıstan, Tacikistan, Qırğızıstan prezidentləri İrəvana gediblər

Qazaxıstan, Tacikistan, Qırğızıstan prezidentləri İrəvana gediblər

Dünya

16 Oktyabr 2026, 10:05

Ermənistanın COP17-yə ev sahibliyi etməsi fonunda oktyabrın 16-da İrəvanda “Biomüxtəliflik liderləri” sammiti keçirilir. “Təbiət naminə liderlər” şüarı altında təşkil olunan tədbirdə bir sıra ölkələrin dövlət və hökumət başçılarının iştirakı gözlənilir.

Modern.az xəbər verir ki, sammitdə dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış alimlər, mədəniyyət xadimləri iştirak edəcəklər.

Sammitdə Ermənistanın Baş naziri Nikol Paşinyan, İran Prezidenti Məsud Pezeşkian, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Prezidenti Emoməli Rəhmon, Qırğızıstan Prezidenti Sadır Japarov və BMT-nin Baş katibi Antonio Quterreşin iştirakı gözlənilir.

Tədbirə digər ölkələrin və beynəlxalq təşkilatların rəhbərləri də qatılacaqlar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranda əməliyyat başladı - Silahlı dəstə məhv edildi