Modern.az

Tesla uçan avtomobilini təqdim etdi: havada salto vurdu - VİDEO

Tesla uçan avtomobilini təqdim etdi: havada salto vurdu - VİDEO

Dünya

Bu gün, 10:28

ABŞ-ın “Tesla” şirkəti yeni elektrikli idman avtomobili “Roadster”i təqdim edib. Nümayiş zamanı avtomobil maneənin üzərindən uçaraq havada öz oxu ətrafında çevrilib.

Modern.az xəbər verir ki, təqdimat ABŞ-ın Texas ştatında, “SpaceX” şirkətinin sınaq poliqonunda keçirilib.

“Çox şey görmüşəm, amma buna bənzər heç nə görməmişəm”, – deyə tədbirdə “Tesla”nın rəhbəri İlon Mask bildirib.

Avtomobilin əsas yeniliyi sıxılmış qaz buraxan xüsusi soplo sistemidir. Bu sistem avtomobilin havada olduğu zaman mövqeyini idarə etməyə imkan verir.

Nümayişlərdən biri zamanı idman avtomobili əyri rampanın üzəri ilə hərəkət edərək çevrilmiş vəziyyətə düşüb, daha sonra isə rampadan yerə enib.

Avtomobilin hətta təkərləri yuxarı vəziyyətdə olarkən rampanın səthində qalmasını xüsusi ventilyator sistemi təmin edib. Bu sistem avtomobili səthə sıxan qüvvə yaradır.
 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Moskvada gərginlik - Ukraynadan ard-arda ağır zərbələr