Modern.az

İstanbulda leysan: ölənlərin sayı 4-ə çatdı

İstanbulda leysan: ölənlərin sayı 4-ə çatdı

Dünya

Bu gün, 14:25

Türkiyənin İstanbul şəhərində aramsız yağışlardan sonra yaranan seldə ölənlərin sayı 4-ə çatıb.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Qeyd olunub ki, iki gündür axtarışları davam edən 4 itkin şəxsdən daha birinin nəşi sel sularından çıxarılıb və bununla da ölənlərin sayı 4 olub.

Hazırda digər 3 nəfər itkinin axtarışları davam etdirilir.

Məlumat üçün bildirək ki, bir neçə gündür, Türkiyənin bir sıra şəhərlərində davam edən aramsız yağışlar ciddi fəsadlar törədib.

İstanbulla yanaşı, Zonquldak, Yalova, Kocaeli, Düzce və Sakarya vilayətlərində bütün təhsil müəssisələrində dərslər iki günlük dayandırılıb.

Sizə yeni x var
Keçid et
Pezeşkianla Paşinyan yan-yana - İrəvanda Azərbaycan rəqsi oynadılar