Döyüşlərdən qaçaraq evlərini tərk etmiş və sonradan geri qayıtmış milyonlarla ukraynalı bu qış yenidən məcburi köçkünə çevrilə bilər.
Modern.az xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) xəbərdarlıq edib. Bildirilib ki, yaşayış yerlərini tərk etmək niyyəti son üç ayın ən yüksək səviyyəsinə çatıb. Bunun əsas səbəbləri arasında yaşayış evlərinin zədələnməsi, Rusiyanın enerji infrastrukturuna zərbələri və əlçatan istilik təminatının olmaması göstərilir.
BMqT-nin qiymətləndirməsinə əsasən, hazırda Ukraynada təxminən 3,6 milyon məcburi köçkün var. Müharibənin əvvəlində evlərini tərk etməyə məcbur qalan təxminən 3,8 milyon insan isə sonradan əvvəlki yaşayış yerlərinə qayıdıb.
Hazırda evlərinə qayıtmış ukraynalıların təxminən 1,45 milyonu cəbhə xəttinə yaxın ərazilərdə yaşayır. Onların 565 mini Xarkov vilayətinin payına düşür.