Serbiyada növbədənkənar parlament seçkiləri oktyabrın 25-də keçiriləcək.
Modern.az xəbər verir ki, Serbiyanln Prezidenti postundan istefa vermiş Aleksandr Vuçiç hakim Serb Tərəqqi Partiyasının (SNS) seçki siyahısına rəhbərlik edəcək və baş nazir postuna namizəd olacaq.
Hakim partiyanın əsas rəqibi Novi-Sad şəhərindən olan kardioloq İliya Srdanoviçin rəhbərlik etdiyi “Tələbə siyahısı” adlı birlik olacaq.
Aleksandr Vuçiç sentyabrın 27-də Serbiya Prezidenti vəzifəsindən istefa verdiyini açıqlayıb.
Vuçiç 2017-ci ildən Serbiya prezidenti idi və 2022-ci ildə ikinci müddətə seçilmişdi. Serbiya Konstitusiyasına əsasən, eyni şəxs prezident vəzifəsinə iki dəfədən artıq seçilə bilməz.