Modern.az

Ukrayna millisinin məşhur futbolçusu müharibədə öldü - FOTO

Ukrayna millisinin məşhur futbolçusu müharibədə öldü - FOTO

Dünya

Bu gün, 10:11

Ukrayna milli komandasının sabiq futbolçusu Roman Maksimyuk Rusiya ilə aparılan müharibə zonasında həlak olub. Modern.az xəbər verir ki, bu barədə Ukraynanın UNİAN agentliyi idmançının həyat yoldaşına istinadən məlumat yayıb.

Maksimyuk karyerası ərzində “Volın”, “Dnepr” və Kiyev “Dinamo”sunun formasını geyinib.

Futbolçu 2025-ci ilin yanvarından itkin düşmüş hesab olunurdu.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın “Oflayn” və “Sıfır pasiyent” seriallarındakı rolları ilə tanınan aktyor Dmitri Çernışevin də döyüş tapşırığını yerinə yetirərkən həlak olduğu bildirilmişdi.


 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən təcili tapşırıq - Moskvada xaos başladı