Modern.az

Tramp Məhəmməd adı ilə zarafat etdi - dəstəklənmədi

Tramp Məhəmməd adı ilə zarafat etdi - dəstəklənmədi

Dünya

Bu gün, 13:25

ABŞ Prezidenti Donald Tramp müsəlman cəmiyyətlərində geniş yayılmış Məhəmməd adı ilə bağlı zarafat edib.

Modern.az xəbər verir ki, Tramp oktyabrın 16-da Corciya ştatının Dalton şəhərində keçirilən seçki mitinqində Yaxın Şərqdən olan şəxsin adını bilmədikdə ona “Məhəmməd” deyə müraciət etməyin mümkünlüyünü söyləyib.

“Yaxın Şərqdən olan birinin adından əmin deyilsinizsə, sadəcə, "Məhəmməd" deyin. Düz tapmaq ehtimalınız təxminən 65 faizdir. "Salam, Məhəmməd". Mən bunu illərdir edirəm və indiyədək heç vaxt yanılmamışam”, – deyə Tramp bildirib.

ABŞ lideri bu fikirləri İranla bağlı danışarkən səsləndirib. O, İranda heç kimin prezident olmaq istəmədiyini iddia edərək, bir neçə dəfə “Məhəmməd” adını çəkib və həmin şəxslərdən prezident olmaq istəyib-istəmədiklərini soruşurmuş kimi çıxış edib.

Reuters agentliyinin məlumatına görə, Trampın bu zarafatı mitinq iştirakçıları tərəfindən ciddi reaksiya ilə qarşılanmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən təcili tapşırıq - Moskvada xaos başladı