Türkiyə İsraillə müharibə apararsa, NATO Türkiyəni tək qoyacaq.
Modern.az xəbər verir ki, bu sözləri "TRT World" telekanalına müsahibəsində ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Skott Ritter bildirib.
Onun sözlərinə görə Avropa Türkiyəni rədd etdi. NATO isə ondan yalnız öz maraqları naminə istifadə etdi. Türkiyənin gələcəyi Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS kimi təşkilatlardadır:
"NATO-nun uzun müddət mövcudluğunu qoruyub saxlaya biləcəyini düşünmürəm. Ukraynadakı münaqişə hazırda NATO-nu daxildən parçalayır. Avropada İsraillə Türkiyə arasında mümkün qarşıdurmadan asılı olmayaraq, NATO-dan ayrılmağı müzakirə edən siyasi hərəkatlar da var"