Modern.az

Ukrayna şəhərləri yaşanmaz hala gəlməlidir - Putindən QƏRAR 

Ukrayna şəhərləri yaşanmaz hala gəlməlidir - Putindən QƏRAR 

Dünya

Bu gün, 20:17

Rusiya Ukraynanın iri şəhərlərini yaşayış üçün yararsız vəziyyətə salmaq məqsədilə kritik infrastrukturu sıradan çıxarmağı planlaşdırır.

Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Guardian” nəşri Ukrayna kəşfiyyatının ələ keçirdiyini bildirdiyi məxfi sənədə istinadən məlumat yayıb.

Sənəddə Ukrayna şəhərlərində elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin sıradan çıxarılması nəzərdə tutulur.

Məlumata görə, Rusiya tərəfi konkret infrastruktur obyektlərinin məhv edilməsi üçün tələb olunan raket və pilotsuz uçuş aparatlarının sayını da hesablayıb.

Planda əsas diqqət Kiyevə yönəlib. Ekspertlərin ən bədbin ssenarisinə əsasən, paytaxt sakinləri sutkada 20 saata qədər elektrik enerjisiz qala bilərlər.

Nəşr yazır ki, bu strategiyanın əsas məqsədi Ukraynanın böyük şəhərlərində humanitar böhran yaratmaq, əhalini yaşayış yerlərini tərk etməyə məcbur etmək və ölkə rəhbərliyinə təzyiqi artırmaqdır.

Qeyd olunur ki, Rusiya ordusunun son günlər Kiyev və Xarkovun enerji infrastrukturuna endirdiyi zərbələr sözügedən planda təsvir olunan ssenari ilə uyğunluq təşkil edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən təcili tapşırıq - Moskvada xaos başladı