Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus iki F-16 qırıcısı ölkənin hava məkanına icazəsiz daxil olan iki pilotsuz uçuş aparatını Qara dəniz üzərində vurub.
Modern.az xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
İlk dron saat 17:59-da aşkarlanıb və iki dəqiqə sonra Sulinanın cənub-şərqində, 25 kilometr məsafədə vurulub. İkinci pilotsuz uçuş aparatı isə həmin ərazidə saat 18:05-də ələ keçirilib. O, Rumıniyanın hava məkanına daxil olduqdan dörd dəqiqə sonra, Sulinanın 20 kilometr şərqində vurulub.
Buxarest NATO müttəfiqlərini və Avropa İttifaqındakı tərəfdaşlarını hadisə barədə məlumatlandırıb.
Rumıniyanın təşəbbüsü ilə çərşənbə axşamı NATO-nun Şimali Atlantika Şurasının iclası keçiriləcək. İclasda Qara dəniz regionunda müdafiə və təhdidlərin qarşısının alınması məsələləri müzakirə olunacaq.