Modern.az

Üç yaşlı uşağın ət maşınında qalan əli bərpa edildi - GÖRÜNTÜ

Üç yaşlı uşağın ət maşınında qalan əli bərpa edildi - GÖRÜNTÜ

Hadisə

Bu gün, 09:50

Sol yuxarı ətrafının ət maşınında sıxılması nəticəsində yaranmış ağır travmatik amputasiya ilə 3 yaşlı oğlan uşağı hadisədən təxminən 7 saat sonra Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasına gətirilib.

Səhiyyə Nazirliyindən Modern.az-a bildirilib ki, travma nəticəsində uşağın sol əl biləyi və əl daraqları, həmçinin baş, işarə, orta və üzük barmaqları metakarpofalangeal oynaq səviyyəsində tam amputasiya olunub.

Xəstənin klinik vəziyyəti qiymətləndirildikdən sonra təcili şəkildə əməliyyata hazırlanıb və yüksək ixtisaslı mikrocərrahi komanda - Dilqəm Məmmədov, Bəxtiyar Qasımov, Abidin Həsənli, anestezoloqlar Mail Sədiyev və Dayaq Əhmədli tərəfindən kompleks rekonstruktiv əməliyyat həyata keçirilib.

Əməliyyatın ilkin mərhələsində bilək və əl daraqlarının sümük strukturlarının anatomik vəziyyətdə reduksiyası və daxili fiksasiyası təmin olunub. Daha sonra əlin bütün fleksor tendon sistemi, radial və ulnar arteriyalar, median və ulnar sinirlər, ekstensor tendon sistemi, eləcə də müvafiq digital arteriya və sinir strukturları mikrocərrahi üsullarla bərpa edilib.

Təxminən 8 saat davam edən əməliyyat zamanı bütün rekonstruktiv mərhələlər uğurla tamamlanıb.

Əməliyyatdan sonra xəstə 24 saat ərzində reanimasiya şəraitində intensiv monitorinq altında saxlanılıb. Hemodinamik və lokal vəziyyətinin stabil olması nəzərə alınaraq postoperativ dövrün 2-ci günündə palataya köçürülüb.

3 yaşlı uşağın ət maşınında qalan əli əməliyyatla bərpa edildi - FOTOLAR

 

3 yaşlı uşağın ət maşınında qalan əli əməliyyatla bərpa edildi - FOTOLAR

 

3 yaşlı uşağın ət maşınında qalan əli əməliyyatla bərpa edildi - FOTOLAR

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...