Modern.az

Hacıqabulda gəlinlə qayınana dəm qazından zəhərləndilər

Hacıqabulda gəlinlə qayınana dəm qazından zəhərləndilər

Hadisə

Bu gün, 01:01

Hacıqabulda bədbəxt hadisə baş verib.

Modern.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Nəvahi kəndində qeydə alınıb.

Belə ki, gəlin və qayınana olan Nəvahi kənd sakinləri, 1965-ci il təvəllüdlü Güldənə Məmmədova və 1994-cü il təvəllüdlü Məleykə Məmmədova dəm qazından zəhərlənmə diaqnozu ilə Şirvan xəstəxanasına gətiriblər.

Xəstəxanaya yerləşdirilən hər iki şəxsin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Gürcüstana sərt xəbərdarlıq - Rusiyadan müharibə hədəsi - Gündəm Masada - Media Turk TV