Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ müdaxiləsi sayəsində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşayış kompleksinin ərazisində baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.
FHN-dən Modern.az-a verilən xəbərə görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Report"un yerli bürosunun məlumatına görə, yanğın Xırdalan şəhərində yerləşən "AAAF Park" yaşayış kompleksi ərazisindəki uşaq əyləncə mərkəzində qeydə alınıb.