Modern.az

Azərbaycanın ən böyük yataqlarından neft və qaz hasilatının həcmi

Azərbaycanın ən böyük yataqlarından neft və qaz hasilatının həcmi

İqtisadiyyat

Bu gün, 10:23

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən cari ilin 1 oktyabr tarixinədək 684,5 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə), 540 milyard kubmetr qaz hasil edilib.

Modern.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, hesabat dövründə “Azəri-Çıraq-Günəşli”dən 629,5 milyon ton neft, 254,7 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 55 milyon tona yaxın kondensat, 285,3 milyard kubmetr qaz hasil edilib.

“Bu dövrdə 682,5 milyon ton neft, 206,4 milyard kubmetr qaz ixrac olunub”, - məlumatda qeyd olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Güneylilərdən Türkiyəyə sərt etiraz - Zülmlərimizə niyə susursunuz?