Modern.az

Cavid Hüseynov apellyasiya şikayəti verdi

Cavid Hüseynov apellyasiya şikayəti verdi

10 İyun 2016, 10:54

Telereportyor Rasim Əliyevin döyülərək öldürülməsində təqsirləndirilərək 4 il həbs cəzası alan “Qəbələ”nin sabiq kapitanı Cavid Hüseynov barədə çıxarılmış hökmdən  apellyasiya şikayəti verilib.

 

Bu haqda Modern.az saytına futbolçunun hüquqlarını müdafiə edən Adəm Məmmədov məlumat verib.

Vəkil qərarla razılaşmadıqlarını və apellyasiya şikayəti verdiyini açıqlayıb:

 

“Cavid Hüseynov barəsindəki hökmdən verilmiş şikayətə yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Biz futbolçuya bəarət verilməsini istəyirik”.

C.Hüseynov mayın 31-də Səbail Rayon Məhkəmənin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü