Modern.az

Turizm qanunvericiliyin pozulması cinayət sayılacaq

Turizm qanunvericiliyin pozulması cinayət sayılacaq

Aktual

4 Noyabr 2016, 13:02

Azərbaycanda turizm qanunvericiliyinin pozulması cinayət, inzibati, və mülki-hüquqi məsuliyyətə səbəb olacaq.

 

Modern.az-ın xəbərinə görə, bu, yeni hazırlanan “Turizm haqqında” qanun layihəsində əksini tapıb.

 

Qanun layihəsinə əsasən, turizm infrastrukturu subyektlərinin işçiləri həmin təşkilatların daxili qaydalarına əsasən əmək və icra intizamını pozduqlarına, o cümlədən xidmətgöstərmə qaydalarını və tələblərini pozduqlarına görə intizam məsuliyyətinə cəlb olunacaq.

 

Bunun üçün turizm infrastrukturu subyektləri daxili intizam qaydalarını yazılı surətdə təsdiq edən əməkdaşların nəzərinə çatdırmalıdır. Bundan sonra intizam pozuntusuna yol vermiş əməkdaşları məsuliyyətə cəlb edilə bilər.

Bu cür qaydalar olmadıqda əməkdaşların intizam məsuliyyətinə cəlb edilməsi qadağandır.

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır