Modern.az

Moskvada azərbaycanlı-erməni davası - Polad Bülbüloğlu danışıqlar aparıb

Moskvada azərbaycanlı-erməni davası - Polad Bülbüloğlu danışıqlar aparıb

Aktual

10 May 2017, 12:31

Azərbaycanın Rusiyadakı səfirliyi mayın 9-da “Ölməz alay” hərəkatının Moskvada keçirilən yürüşü zamanı bir qrup azərbaycanlı və erməni gənci arasında baş vermiş insidentlə bağlı məlumat yayıb.

Modern.az xəbər verir ki, səfirliyin məlumatına görə, yürüş zamanı iki millət arasında gərginliyin yaradılması məqsədilə təxribat törədilib. Qeyd edilir ki, hadisə ilə əlaqədar və gələcəkdə bir daha belə halların təkrarlanmaması üçün səfir Polad Bülbüloğlu Rusiyanın Xarici İşlər Nazirliyi, Moskva şəhər rəhbərliyi və digər müvafiq federal strukturlar ilə danışıqlar aparıb. Səfirlik toqquşma zamanı zərər çəkmiş soydaşlarımızla əlaqə yaradaraq onların vəziyyətini nəzarət altında saxlayır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı