Arxiv
24 Sentyabr 2018, 15:48 | AKTUAL
Heyvanlara bruselyoz xəstəliyinə qarşı peyvənd vurulur

Cavan iribuynuzlu heyvanların bruselyoz xəstəliyinə qarşı peyvəndləməsi davam etdirilir.

Modern.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bildirilib. 

Məlumata görə, Azərbaycanda epizootik tədbirlər planına uyğun olaraq iribuynuzlu heyvanların bruselyoz xəstəliyinə qarşı “S-19” ştammı ilə peyvəndləmə davam etdirilir. Bu peyvəndləmə iribuynuzlu heyvanlarda göz-damla üsulu ilə aparılmaqla “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin GücləndirilməsiLayihəsi”nin “Heyvan sağlamlığı və baytarlıq subkomponenti” olan bruselyoz xəstəliyi əleyhinə mübarizə tədbirləri çərçivəsində həyata keçirilir.

Sentyabrın 17-dən etibarənDövlət Baytarlıq Xidməti və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə Dünya Bankının birgə həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin GücləndirilməsiLayihəsi”nin mütəxəssisləri iribuynuzlu heyvanlarda bruselyoz xəstəliyinə qarşı peyvəndləmənin gedişatını, peyvəndləmənin təlimata uyğun həyata keçirilməsini və keyfiyyətini qiymətləndirmək məqsədi ilə Neftçala, Masallı, Salyan, Qusar, Lənkəran, Saatlı, İmişli, Ucar, Şəmkir və Qazax rayonlarında olublar.

Tədbir çərçivəsində rayonların hər birində 3-8 aylıq yaş qrupuna daxil olan, S-19 ştammı ilə peyvənd edilən, 21 gündən sonra qanında immunitetin gərginliyini müəyyən etmək üçün seroloji müayinə aparılması nəzərdə tutulan 30 baş iribuynuzlu heyvana fərdi qaydada birka (heyvanın qulağına vurulan sırğa) vurulub.

Səfər çərçivəsində peyvəndləmənin həyata keçirilməsində “soyuq zəncir” prinsipinə və təhlükəsizlik qaydalarına əməl olunmasına, xüsusi geyim formalarından və qoruyucu vasitələrdən istifadə edilməsinə, eləcə də ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün biotəhlükəsizliktorbalarından istifadə olunmasına və peyvəndləmə aparılan ərazilərin dezinfeksiya edilməsinə xüsusi diqqət yetirilib.

Qeyd edək ki, rayon baytarlıq idarələri və sahə baytarlıq məntəqələri bruselyoz xəstəliyinə qarşı aparılan tədbirlər zamanı lazım olan avadanlıq, ləvazimat, vaksin, dezinfeksiya maddələri və xüsusi geyim vasitələri ilə təmin ediliblər.

Cari ilin ötən 8 ayı ərzində Azərbaycan ərazisində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq ölkə ərazisində iri və xırdabuynuzlu heyvanların bruselyoz xəstəliyinə qarşı peyvəndləmə və qanalma tədbirləri aparılıb. 2018-ci ilin ötən 8 ayı ərzində bruselyoz xəstəliyinə qarşı 1471330 baş xırdabuynuzlu heyvanda “Rev-1” vaksini ilə, 366947 baş iribuynuzlu heyvanda “S-19” vaksini ilə peyvəndləmə işləri aparılıb.

 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tbilisidə  aksiyalar yenidən başladı 26 İyun 2019, 20:38 Rektor tələbələrə daha 10 tövsiyə verdi  26 İyun 2019, 20:36 Azərbaycan II Avropa Oyunlarında ilk qızıl medalını qazandı 26 İyun 2019, 20:19 İlham Əliyev: “Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək” 26 İyun 2019, 20:03 İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə - YENİLƏNİB 26 İyun 2019, 20:00 Elçibəyin müşaviri vəfat edib 26 İyun 2019, 19:41 Eks-nazir Ziya Məmmədov “Feysbuk”da - FOTOLAR 26 İyun 2019, 19:35 Gürcü larisi ucuzlaşmaqda davam edir 26 İyun 2019, 19:15 Çin Rusiya neftini almaqdan imtina etdi 26 İyun 2019, 19:04 Lənkəran çayında boğulan gəncin meyiti tapılıb 26 İyun 2019, 18:59 Daha bir erməni əsgər öldü 26 İyun 2019, 18:52 Bakı sakinindən “Makarov” markalı tapança götürülüb 26 İyun 2019, 18:44 Azərbaycan boksçusu “Minsk-2019”un yarımfinalında 26 İyun 2019, 18:37 Avarçəkənimiz II Avropa oyunlarının yarımfinalına çıxdı 26 İyun 2019, 18:27 NATO mənzil-qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edildi 26 İyun 2019, 17:40 Prezident Vəfa Zeynalovaya ev hədiyyə etdi 26 İyun 2019, 16:24 Rəsmi Moskva ABŞ-la İran arasında müharibə başlaya biləcəyini anons etdi 26 İyun 2019, 16:10 “Azərbaycan Ordusu öz sözünü deyəcək, o gün uzaqda deyil” - Deputat Kamilə Əliyeva 26 İyun 2019, 15:50 Bakı bulvarının SOYĞUNÇULARI - Onlardan turistlər də narazıdır! 26 İyun 2019, 15:43 Müdafiə Nazirliyi şəhid ailələrini bir araya topladı - VİDEO 26 İyun 2019, 15:32 Kəmaləddin Heydərov vətəndaşlara müraciət etdi 26 İyun 2019, 15:23 Səhərinizi motivasiya ilə başlayın, gün boyu gümrah olun! 26 İyun 2019, 15:23 Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verildi - FOTOLAR 26 İyun 2019, 15:02 Kəmaləddin Heydərov və Eldar Əzizov yanğın baş verən yerə getdi - FOTOLAR-YENİLƏNİB 26 İyun 2019, 15:00 Qayınatasının evinə atəş açdı, polis tutdu 26 İyun 2019, 14:54 Səhiyyə Nazirliyindən yeni narkotik növü ilə bağlı XƏBƏRDARLIQ   26 İyun 2019, 14:40 Sahil Babayev Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı ilə müzakirə apardı 26 İyun 2019, 14:38 Daha bir güləşçimiz "Minsk-2019"un 1/4 final mərhələsinə yüksəldi   26 İyun 2019, 14:33 Deputat: “Prezidentin diqqəti qüdrətli bir ordunun formalaşmasına xidmət edir” 26 İyun 2019, 14:02 Polkovnik-leytenant: “Lələtəpədə yüksək rütbəli erməni zabitlərini mühasirəyə alıb məhv etdik” - MÜSAHİBƏ 26 İyun 2019, 13:59 Yol polisindən “plyonka xəbərdarlığı: “Heç kimə güzəşt olmayacaq!” 26 İyun 2019, 13:48 Rusiyada terror aktı planlaşdıran İŞİD üzvü tutulub   26 İyun 2019, 13:25 Xırdalanda azyaşlını vurub qaçan sürücü saxlanıldı   26 İyun 2019, 13:10 Hacı Əliyev erməni rəqibini 6:0 hesabı ilə məğlub etdi 26 İyun 2019, 13:07 Məhərrəm Quliyev “Cümə” məscidi ilə bağlı tövsiyə verdi 26 İyun 2019, 13:03