Arxiv
18 mart 2019, 18:48 | AKTUAL
Ülvi Quliyev: “Prezident gəncləri əfv etməklə onlara şans verdi”

Azərbaycan Prezidentinin son əfv sərəncamı nəinki cəmiyyətdə, ölkə xaricində də yüksək qiymətləndirilir. Türkiyə mediasında dövlət başçısının bu addımı xalqa bayram hədiyyəsi kimi təqdim olunur.

 

Əfv olunanlar içərisində xeyli sayda gənclər də var idi. Ümumən gənclərin bu məsələyə münasibəti necədir?

 

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Ülvi Quliyev Modern.az saytının sualına cavab olaraq bildirib ki, Cənab Prezident İlham Əliyevin apardığı siyasət bütünlüklə Azərbaycan vətəndaşlarının rifahının daha da yüksəldilməsinə xidmət edir.

 

“Heç şübhəsiz ki, xeyli gənc bu sərəncamdan yararlanaraq həbsdən azad olundular. Onlar, bütövlükdə Azərbaycan gəncliyi Prezidentimizin bu humanist addımını yüksək qiymətləndirirlər. Dövlət başçısının imzaladığı sənədlə 431 məhkumun azadlığına qovuşması “Öz xalqına xidmət etmək siyasəti”nin tərkib hissəsi, humanizmin göstəricisidr.

Bu humanistliyin nəticəsində yalnız əfv olunan insanlar deyil, onların ailə üzvləri, doğmaları, yaxınları da sevinir.

Əfv sərəncamının verilməsi bir daha vətəndaş və dövlət münasibətlərinin ali səviyyədə olduğunu göstərdi, bu münasibətlərin daha da möhkəmlənməsinə yol açdı. Hər bir vətəndaş bir çox məsələlərdə dövlətinin, onun başçısının qayğısını  hiss edir. Bu çox təqdirəlayiq haldır”.

  

Komitə sədri qeyd edib ki, Azərbaycan hüquqi dövlətdir, hər şey qanunlarla idarə olunur:

 

“Hər bir cinayət əməli yanlış addımdır. Eyni zamanda, cinayət törədən şəxsə hər hansı cəzanın verilməsi də zəruridir.

Cənab Prezident məhkumları əfv etməklə onlara şans verdi. Bir daha qeyd etmək istərdim ki, azadlığa qovuşan məhkumlar arasında gənclər üstünlük təşkil edir. Bu gənclərin bağışlanaraq cəmiyyətə inteqrasiya olunmasının özü bir şansdır. Bu şansı yüksək dəyərləndirmək o gənclərin gələcək həyatlarında mühüm rol oynayacaq. Hər bir gənc təhsilə maraqlı olmalıdır. Çünki uğurlu həyata, işıqlı gələcəyə gedən yol təhsil pilləsindən keçir. Təhsilli gənclər isə təbii olaraq zərərli vərdişlərdən uzaq olurlar. Hesab edirəm ki, gənclərimiz onlara verilən bu şansdan istifadə edərək, gələcək həyatlarını qurmalıdırlar. Bu sərəncam o gənclərin hər birinin həyatında yeni səhifə açır. Xüsusilə sağlam düşüncəyə və sağlam həyat tərzinə  sahib olmaq üçün gənclərimizin asudə vaxtlarının səmərəli şəkildə təşkil edilməsinə hər birimiz  dəstək olmalıyıq. Bunun üçün Azərbaycanda həm şərait, dəm də dövlət dəstəyi var. Gənclərimizin üzərinə düşən yük onlara verilmiş şansı doğru dəyərləndirməkdir. Mən gənclərimizi bu istiqamətdə işləməyi, dövlətimizə, Prezidentimizə sədaqətli olmağa səsləyirəm”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Plastik paketlər üçün vergi tətbiq olunur 20 İyun 2019, 21:22 Avropa İttifaqı  Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı 20 İyun 2019, 21:08 Heydər Əliyev Fondundan  aktyorun  müalicəsinə dəstək 20 İyun 2019, 20:59 Vaşinqtonda Qarabağ müzakirəsi: Həmsədrlərlə nazirlər toplandı 20 İyun 2019, 20:40 Rusiyalı deputatlar Gürcüstandan qovuldu: Spikerin istefası tələb olunur 20 İyun 2019, 20:29 Mədəndə 2 işçi qazdan boğuldu 20 İyun 2019, 20:15 Bakıda hakimi hədələyən qadına cinayət işi açıldı 20 İyun 2019, 20:03 İcra başçısı Qaramusalı kəndində görüş keçirdi 20 İyun 2019, 19:51 Heydər Əliyev prospektində QƏZA: Sıxlıq yarandı 20 İyun 2019, 19:46 Prezidentdən Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu ilə bağlı FƏRMAN 20 İyun 2019, 19:26 Bakıda evdən 12 min manat oğurlayan şəxs tutulub   20 İyun 2019, 19:15 Mədət Quliyev müdafiə sənayesi naziri təyin edildi   20 İyun 2019, 17:54 Əli Nağıyev DTX rəisi oldu 20 İyun 2019, 17:54 “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti ləğv edildi 20 İyun 2019, 17:51 Vilayət Eyvazov Azərbaycanın daxili işlər naziri təyin olundu - Tərcümeyi-hal 20 İyun 2019, 17:48 Prezident Ramil Usubovu vəzifəsindən azad etdi 20 İyun 2019, 17:48 Ramil Usubov Təhlükəsizlik Şurasının katibi təyin edildi 20 İyun 2019, 17:47 Bakı-Batumi birbaşa avtobus reysləri açılır 20 İyun 2019, 17:37 “Nar”dan Azərbaycanın rəqəmsal inkişafına TÖHFƏ   20 İyun 2019, 17:34 Oqtay Əsədov gürcü spikerlə nələrdən danışdı... 20 İyun 2019, 17:29 Manat və dolların MƏZƏNNƏSİ dəyişir? 20 İyun 2019, 17:18 Dövlət büdcəsində kəsir 222.774.848 manat göstərilib - Gəlirlər və XƏRCLƏR 20 İyun 2019, 17:01 Putin Zelenski haqda: “Bu komediya deyil, faciədir” 20 İyun 2019, 16:39 Polis 600 kiloqram narkotik maddəni dövriyyədən çıxardı 20 İyun 2019, 16:34 Qarabağ Çempionlar Liqasının oyunu üçün bu stadionu seçdi 20 İyun 2019, 16:34 Hacıqabulda “Əmi” ləqəbli narkotacir saxlanıldı 20 İyun 2019, 16:20 “Türkiyə-Azərbaycan” jurnalının ilk nömrəsi işıq üzü görüb 20 İyun 2019, 16:03 Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlanıb 20 İyun 2019, 16:02 Bakcell və INNOLAND birgə İnkubasiya Proqramının iştirakçılarını seçdi   20 İyun 2019, 16:00 Gürcü və rus deputatlar arasında QALMAQAL - Erməni deputatlar aradan çıxdı 20 İyun 2019, 15:58 Özəl sektorda çalışanların da maaşı qaldırılacaq - Əli Əhmədov  20 İyun 2019, 15:56 827 güzəştli mənzil satışa çıxarılacaq 20 İyun 2019, 15:41 BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib   20 İyun 2019, 15:37 Rüstəm Usubov Ağstafadakı qətl HAQDA: Qisas almaq niyyətinə düşüb və cinayəti törədib 20 İyun 2019, 15:33 Azərbaycanlı şagirdlər 23-cü Balkan Riyaziyyat Olimpiadasında   20 İyun 2019, 15:18