Modern.az

Deputatlar ianə kampaniyasına qoşulur  

Deputatlar ianə kampaniyasına qoşulur  

23 Aprel 2019, 11:43

Xəbər verdiyimiz kimi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı və Modern.az İnformasiya Agentliyinin informasiya dəstəyi ilə İran İslam Respublikasında baş vermiş daşqın nəticəsində zərər şəkmişlərə, həmçinin Əfqanıstanda quraqlıqdan və aclıqdan əziyyət çəkən insanlara humanitar yardım edilməsi məqsədilə ianə toplama kampaniyası başlayıb.

İrandakı təbii fəlakətlə bağlı parlamentin iclasında deputat Qüdrət Həsənquliyev belə bir təşəbbüslə çıxış edib. Əfqanıstana yardımın edilməsi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müraciətinə əsasən təşkil edilib. Belə ki, BMT Baş katibinin müavini cənab Xalikovun keçən ilin oktyabr ayında Azərbaycana səfəri zamanı  Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanovla görüşündə belə bir xahişi edib.

Hazırda hər iki kampaniyaya start verilib və ilk olaraq deputat Novruz Aslanov və Modern.az İnformasiya Agentliyinin rəhbəri Elşad Eyvazlı hər iki kampaniyaya öz töhfələrini veriblər. Kampaniyanın gedişi və ianə edənlər barədə məlumatları Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəsmi internet səhifəsindən izləyə bilərsiniz.

//az.redcrescent.az/news/post-10631.html

//az.redcrescent.az/news/post-10628.html

Edilən hər bir yardıma görə təşəkkür edirik!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı