Modern.az

Məhkəmədən Trampa qadağa

Məhkəmədən Trampa qadağa

25 May 2019, 21:51

ABŞ-ın Kaliforniya ştat məhkəməsi Meksika ilə sərhəddə divar tikintisinə müvəqqəti qadağa qoyub.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, məhkəmə hakimi ABŞ lideri Donald Trampın büdcə vəsaitləri hesabına divar tikdirə bilməyəcəyini vurğulayıb.

 

Hakimin sözlərinə görə, bu hərəkətlər hakimiyyətlərin bölüşdürülməsi prinsiplərinə ziddir.

 

Beləliklə, Pentaqonun 2019-cu ilin mart ayında ümumi büdcəsi 6,7 milyard dollar olan müdafiə büdcəsindən ayırdığı 1 milyard dollarlıq vəsait Meksika ilə Texas ştatı arasındakı sərhəddə 91 kilometrlik sahədə divar tikintisi üçün istifadə edilə bilməz.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir