Arxiv
23 İyun 2019, 22:13 | AKTUAL
Dini rəhbərlərin Vyana konfransı - Azərbaycanın tolerantlıq modeli etimad platformasına çevrilir

Müxtəlif dinlərin və mədəniyyətlərin dinc birgə yaşadığı Avstriya tarixən yüksək tolerantlığın hökm sürdüyü ölkə kimi tanınıb.

 

İyunun 19-da Avstriyanın paytaxatı Vyana şəhərinin “Hofburq” sarayında QMİ nəzdində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin, KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin, Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzinin və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə təşkilatçılığı ilə “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda beynəlxalq konfrans keçirilib.

 

Konfransın məqsədi Azərbaycanın multkulturalizm  modelinin təbliği, dialoq və əməkdaşlıq şəraitində dünyanı narahat edən problemlərin müzakirəsi idi.

 

Azərbaycan bir neçə ildir ki, bu modeli özünün dünyada yürütdüyü siyasətinin əsas prioritetləri sırasına salıb.

Mədəniyyətlərarası əməkdaşlığı təbliğ edən “Bakı prosesi” bu baxımdan özünün dini həmryəlik və tolerantlıq sahəsində vacib beynəlxalq platforma hesab olunur.

Ötən ildən başlayaraq Qafqaz Müsəlmanları İdarəsi dünyanın aparıcı dövlətlərində bu modeli təbliğ edən bir sıra tədbirləri ilə yadda qalıb. İspaniyada və Almaniyada keçirilən beynəlxalq konfranslar uğurlu mesajları ilə fərqlənə bildi.

 

Müxtəlif mədəniyyətlərin, dinlərin təmsil olunduğu Avstriyada keçirilən növbəti konfrans da dinlərarası ixtilaflara qarşı müxtəlif dinlərin nümayəndələrinin birgə mövqeyinib nümayişinə xidmət edirdi.

 

Beynəlxalq konfransda ümumilikdə dünyanın 30-dan çox ölkəsini təmsil edən dövlət, ictimaiyyət, elm və din xadimləri iştirak edib. Avstriya Federal Hökumətinin və parlamentinin nümayəndələri, o cümlədən Avstriya Xarici İşlər Nazirliyinin baş katibi - nazir müavini Yohannes Peterlik, Avstriyadakı 15 dini konfessiyanın nümayəndəsinin qatıldığı tədbir dünyaya Azərbaycanın  növbəti tolerantlıq mesajlarını çatdırdı və ölkəmizin bu sahədə uğurlarını bir daha nümayiş etdirdi.  

 

Beynəlxaq tədbirdə Azərbyacan nümayəndə heyəti mötəbər heyətlə təmsil olunub. Ölkəmizdən gedən nümaiyəndə heyətinin tərkibinə Qafqaz Müsəlmanları İdarəsinin  sədri, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin baş katibi, Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov,  DQDK-nın sədri Mübariz Qurbanlı, AMEA-nın prezidenti Akif Əlizadə, Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov, Milli Məclisin Komitə sədrləri Siyavuş Novruzov, Səməd Seyidov, Eldar İbrahimov, deputatlar Cavanşir Paşazadə, Hikmət Məmmədov, Azərbaycandakı dini konfessiyaların rəhbərləri – Rus Pravoslav Kilsəsinin Bakı Yeparxaiyasının arxiyepiskopu Aleksandr, Bakı Dağ Yəhudiləri dini icmasının başçısı Melih Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarsi yepiskop Vladimir Fekete və Alban Udi xristian dini icmasının başçısı Robert Mobili daxil idi.


Açılış mərasimində Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlət başçısı İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub.

QMİ sədri A.Paşazadə  çıxışında qeyd edib ki, terror, kəskin ziddiyətlər, milli və dini zəmində ekstermizm, antisemizim, islamofobiyanın tuğyan elədiyi dünyada Azərbaycan öz nadir nümunəsini – multkulturalizm modelini təklif edir.

Bu modelin qayəsini isə Prezident İlham Əliyevin müəllifi olduğu mədəniyyətlərarası əməkdaşlığa dair Bakı Prosesi təşkil edir. Şeyxülislam bildirib ki, multkultural dəyərlərə hər zaman böyük önəm verən Azərbaycan  bu gün dünyanın mənəvi dəyərlər mərkəzi kimi tanınır. Bu dəyərlər ölkəmizdə dövlət siyasəti səviyyəsində dəstəklənir və həyata keçirilir.

 

Bu siyasətin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub.


Şeyxülislam çıxışında Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın dünya miqyasında mədəni sahədə çox uğurlu fəaliyyətini qeyd edib. QMİ sədri vurğulayıb ki, M.Əliyevanın milli-mənəvi irsimizin ən yüksək səviyyədə təbliğ etməsi Azərbaycanın bu istiqamətdə söz sahibinə çevrilməsində mühüm rola malikdir.

 

QMİ sədri çıxışında bildirib ki, Azərbaycan uzun illər davam edən, regionda və dünyada sülhə təhdid olan Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü çərçivəsində həllini istəyir, BMT qətnamələrinə əməl olunmasını tələb edir və Minsk qrupundan real nəticə gözləyir.

A.Paşazadə vurğulayıb ki, bu ilin payızında dünya dini liderlərinin Bakıda keçiriləcək 2-ci sammiti dövlətimizn dinlərarası dialoqun inkişafına dəyərli töhfəsi olacaq.

 


DQDK-nın sədri Mübariz Qurbanlı çıxışında bildirib ki, Azərbaycanın dövlət din münasibətlərində uğurlarının səbəbi dinlə bağlı siyasətinin sağlam və düzgün istiqamətdə qurulmasıdır.


Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov dünyada radikalizmin bütün növlərinə qarşı mübarizənin vacibliyini qeyd edib. O, dinlərarası dialoqun inkişaf etdirilməsində  konkret ideyaların müəyyənləşdirilməsini mühüm hesab etdiyini qeyd edib.


KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibi Feysəl bin Müammar  müasir dövrdə ksenofobiyanın dünyada radikalizm, dini və etnik icmalara, qaçqınlara, qarşı mənfi yanaşmalara yol açdığını bildirib və dini rəhbərləri bu halara qarşı vahid strategiya mexanizmlərinin hazırlanmasında birgə fəaliyyətə çağırıb. O, QMİ sədrinin dinlərarası əməkdaşlığın inkişafında xidmətlərini xüsusi qeyd edib.


Cenevrə İnsan Hüquqları və Qloal Dialoq Mərkəzinin icraçı direktoru İdris Cəzari Vyana konfransını dünyanın qlobal proseslərinə Azərbaycanın özəl və dəyərli töhfəsi kimi qiymətləndirib.

 

Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin dini işlər üzrə müşaviri Əli Əbdürrəhman əl-Haşim tolerantlığı bütün insanlar arasında əmin-amanlıq yaratamağa aparan yol kimi dəyərləndirib.

 

BMT Baş ktibinin müavini Raşid Xalikov müasir dövrdə bəşəriyyətin dinlərarası və mədəniyyətlərarası dialoqa daha güclü ehtiyac duyduğunu, birgəyaşayış və ədalət kimi dəyərlərin cəmiyətdə daha geniş təbliğ edilməli olduğunu bildirib.

 

BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansı üzrə Ali Nümayəndəsi Migel Angel Moratinos prezident İlham Əliyev tərəfindən 2016-cı ili ölkədə “Multkulturalizm ili” və 2017-ci ili “İslam Həmrəyliyi ili” elan etməsinin dövlətin bu sahədə nə qədər uzaqgörən siyasət yürütdüyünün göstəricisi olduğunu vurğulayıb.

 

Sonda beynəlxalq konfransda yekun sənəd –Vyana Bəyənnaməsi qəbul edilib. Sənəddə qeyd olunub ki, müasir dünyada humanist ideyalarının təşviqi baxımından önəm kəsb edən belə forumların davamlı keçirilməsi olduqca aktualdır.

 

Vyana konfransının yekunları barədə danışarkən bir sıra məqamları qeyd etmək lazımdır. Konfransı Prezident İlham Əliyevin irəli sürdüyü tolerantlıq siyasətinin daha bir uğurlu addımı saymaq olar.

 

İlk olaraq vurğulamaq lazımdır ki, QMİ-nin təşkilatçılığı ilə keçirilən konfranslar hər dəfə iştirakçıların mötəbər siyahısı ilə fərqlənir. Vyana konfransı dini yönlü olsa da, Azərbaycan hakimiyyətinin əsas qolarının burada təmsil olunması konfransa xüsusi çəki və mötəbərlik verib. Prezident Administrasiyanı təmsil edən Əli Həsənov, XİN təmçislçisi Ramiz Həsənov, Milli Məclisin deputat qrupu Vyana konfransının iştirakçıları üçün  Azərbaycan rəhbərliyinin bu modelin təbliğinə necə ciddi yanaşmasının göstərici oldu. Bakı  siyasi idarəçilikdə təmsil olunan rəhbər şəxslərin böyük qrupunu bu konfransa göndərməklə yürütdüyü siyasətin prinsiplərinə necə sadiq olduğunu nümayiş etdirdi və digər iştirakçı ölkələrə mesaj  vermiş oldu.  Bu, sözsüz ki, Prezident İlham Əliyevin siyasi iradəsinin göstəricisi idi.


Burada mühüm olan məqam nədir? Vyana konfransına hakimiyyətin belə mötəbər nümayəndə heyəti göndərməsi onu göstərir ki, dövlət başçısı QMİ sədri tərəfindən aparılan və həyata keçirilən təşəbbüslərin nəticələrindən razıdır.

 

Digər tərəfdən, Prezident bu formatla xarici ölkələrə Azərbaycanda din-dövlət münasibətlərinin qarşılıqlı etimad üzərində qurulduğunu göstərərək, iştirakçılarda dolğun təəssürat yarada bildi.

 

Beynəlxalq konfransın diqqət çəkən digər məqamı tədbirə Avstriya  və BMT də daxil olmaqla gələn iştirakçıların marağı və  təmsilçiliyi oldu.

İştirakçıların belə mötəbər siyahısı onu göstərir ki, dövlət başçısının Azərbaycan tolerantlıq modelinin xaricdə təbliği ilə bağlı təşəbbüsü ən yüksək səviyyədə beynəlxalq diqqəti çəkə bilib.

 

Bu baxımdan Avropanın ən müxtəlif dini konfessiyalarının konfransda iştirakı Azərbaycanın bu missiyasına etimadının göstərisici hesab etmək olar. Şeyxülislamın Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın mədəni əməkdaşlıq sahəsində xidmətlərini qeyd etməsi yerinə düşdü. Heydər Əliyev Fondunun Avropanın bir sıra kilsələrinin, müqəddəs ibadət yerlərinin təmiri ilə bağlı apardığı işlər

Azərbaycanın multkultural dəyərlərə sadiqliyini təkcə sözdə yox, həm  də əməldə göstəricisinin mesajı saymaq olar.


QMİ sədri dünyanın nüfuzlu din xadimlərinin toplaşdığı bu mötəbər kürsüdən Qarabağ münaqişəsinə toxunmaqla Azərbaycanın üzləşdiyi işğal faktorunu bir daha yada saldı və problemin ərazi bütövlüyü, BMT qətnamələri çərçivəsində həllini tələb etdi.

 

Vyana konfransı bir daha göstərdi ki, Azərbaycan öz tolerantlıq siyasətinə söykənərək, həqiqətlərini nümayiş etirmək üçün uğurlu bir platforma yarada bilib. Bu tədbirlər həmçinin, dünyanın diqqətini Azərbaycanda  noybar ayında keçiriləcək dini liderlərin 2-ci sammitinə yönəldilməsi baxımından də öz töhfələrini verəcək.

 

A.SƏFƏRLİ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ziyalılar cinsi azlığın telekanallara çıxarılmasına son qoyulmasını tələb etdilər: “Belə insanlar güllələnməlidir!” 21 Oktyabr 2019, 08:58 Manat həftəyə bu məzənnə ilə başladı 21 Oktyabr 2019, 08:17 Bakı-Qazax yolunda ağır qəza: yaralılar var 21 Oktyabr 2019, 00:31 Mirşahin Gültəkin Hacıbəylinin səs yazısını yaydı - VİDEO 20 Oktyabr 2019, 23:59 UEFA “Qarabağ”ı  8 min avro cərimələdi 20 Oktyabr 2019, 23:46 Abşeronda taksi 60 yaşlı kişini vurub 20 Oktyabr 2019, 23:33 Bakıda möhtəşəm konsert - VİDEO 20 Oktyabr 2019, 23:16 Badmintonçumuz beynəlxalq turnirinin qalibi olub 20 Oktyabr 2019, 22:48 ABŞ  5 min əsgərini Əfqanıstandan çıxarır 20 Oktyabr 2019, 22:30 Azərbaycanlı Rusiyada iki qızı bıçaqladı 20 Oktyabr 2019, 22:04 Təlim zamanı 3 hərbi qulluqçu həlak oldu 20 Oktyabr 2019, 21:43 Bakıda ağır qəza tıxaca səbəb oldu 20 Oktyabr 2019, 21:24 Azərbaycan əsilli milyarderin aktivləri dondurulur 20 Oktyabr 2019, 20:54 Avtobus qəzasında  24 nəfər həyatını itirdi 20 Oktyabr 2019, 20:36 Məktəblərdə bu səbəbdən tətil elan edildi 20 Oktyabr 2019, 20:18 "Neftçi"  "Qarabağ"la xal fərqini azaltdı 20 Oktyabr 2019, 20:02 Azərbaycan XİN-dən Avropa İttifaqının bəyanatına CAVAB 20 Oktyabr 2019, 19:28 Azərbaycan hərbçisi Şri-Lanka hərbçisinə qalib gəldi: 5:0 20 Oktyabr 2019, 17:42 Oğuzda meşədə ağac kəsən kişi öldü 20 Oktyabr 2019, 16:55 Əli Əhmədov vətəndaşlara SƏSLƏNDİ 20 Oktyabr 2019, 16:02 Deputatlar Milli Şuranın icazəsiz mitinqindən DANIŞDI – “Bu, müxalifətin özü üçün də faydalı deyil”   20 Oktyabr 2019, 15:55 9 ayda 5662 sərxoş sürücü saxlanılıb 20 Oktyabr 2019, 15:37 Kürdəmirdə avtomobil aşıb 20 Oktyabr 2019, 14:42 Azərbaycanlı jurnalist XXI Dünya Rus Media Konqresində iştirak edəcək 20 Oktyabr 2019, 14:24 Bakıda “Çörək Müsabiqəsi” keçirilib 20 Oktyabr 2019, 14:12 YAP-dan icazəsiz mitinqlə bağlı BƏYANAT 20 Oktyabr 2019, 14:04 Bakının qəribə KÜÇƏ adları - Onlar nə zaman dəyişdiriləcək? 20 Oktyabr 2019, 13:35 Qəbul imtahanlarında iştirak edənlərin 50%-dən çoxu universitetlərə qəbul olunmayıb 20 Oktyabr 2019, 13:08 Əli Kərimilinin xərəklə təmin edilməməsinə hospitaldan AYDINLIQ GƏTİRİLDİ - FOTOLAR 20 Oktyabr 2019, 13:00 Sabah 28 dərəcə isti olacaq - HAVA PROQNOZU 20 Oktyabr 2019, 12:38 Siyavuş Novruzov: “Gələn bələdiyyə seçkilərində yeniliklər olacaq” 20 Oktyabr 2019, 12:27 Siyəzən rayon Təhsil Şöbəsinin müdiri işdən çıxıb 20 Oktyabr 2019, 12:21 “Azərbaycanda tarixlə bağlı telekanal açılmalıdı” - TƏKLİF   20 Oktyabr 2019, 12:03 Ağstafada kişi ağacdan yıxıldı 20 Oktyabr 2019, 11:30 Qadın cüdoçularımız Sloveniyada 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar 20 Oktyabr 2019, 11:08