Arxiv
25 İyun 2019, 15:20 | AKTUAL
Qazaxıstanda IV “Böyük Çöl” Forumu keçirilib - FOTOLAR

Beynəlxalq Türk Akademiyası (BTA) tərəfindən hər il ənənəvi olaraq Qazaxıstanın paytaxtı Nur-Sultanda təşkil olunan IV “Böyük Çöl” Beynəlxalq Humanitar Forumunda dünyanın 21 ölkəsindən 250-yə yaxın nümayəndə iştirak edib. Tədbirdə Azərbaycanı millət vəkilləri, diplomatlar, elm xadimləri və jurnalistlərdən ibarət geniş nümayəndə heyəti təmsil edib.


Modern.az-ın məlumatına görə, BTA prezidenti Darxan Kıdıralinin moderotorluğu ilə başlayan Forumda Qazaxıstan və Qırğızıstan prezidentlərinin beynəlxalq elmi toplantının işinə ünvanlanan təbrik məktubu oxunub. D.Kıdırali bildirib ki, bu ilki tədbirin təşkilində əsas məqsəd Türk dünyasının və türk xalqlarının bəşəriyyətin inkişafına verdiyi töhfələri elmi cəhətdən müzakirə etməkdir.

Forumun açılış panelində Qazaxıstan Təhsil və Elm naziri Aşat Aytmaqambetov, Monqolustanın ilk Prezidenti Oçirbat Puntsalmaagiyin, Qırğızıstanın parlamentinin ilk spikeri Medetxan Şerimkulov, Azərbaycanın ilk Baş naziri Həsən Həsənov, UNESCO Türkiyə Milli Komissiyasının rəhbəri Oğuz Öcal məruzə edib.

“Türk dövlətçiliyinin yaranma və inkişaf tarixi”, “Türk dünyasında folklor və ədəbiyyatın aktual məsələləri”, “Türk dünyasının etnik və mədəni xüsusiyyətləri”, “Müasir türkologiya: yeni yanaşmalar”, “Avrasiyada inteqrasiya prosesi: məkan və zaman üfüqləri” və digər başlıqlardan ibarət 6 paneldə davam edən forumun bir paneli bütövlükdə böyük Azərbaycan şairi və mütəfəkkiri İmaddəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunub.

Azərbaycanın Qazaxıstandaki səfiri Rəşad Məmmədovun, Türkiyə, İran, Özbəkistan, Qırğızıstan, Monqolustanın bu ölkədəki səfirlərinin də qatıldığı tədbirdə millət vəkili Cavanşir Feyziyev “Dünya mədəniyyətinin inkişaf tarixində türklər”, millət vəkili, professor Elman Nəsirov “Türk dünyasında inteqrasiya prosesləri çərçivəsində Аzərbaycan-Qazaxıstan strateji tərəfdaşlığı”, AMEA Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu “Türk ədəbiyyatında Nəsiminin yeri”, AMEA Rəyasət Heyətinin elmi katibi, Dr. Ağahüseyn Şükürov “Böyük Azərbaycan şairi Səməd Vurğun və qazax ədəbiyyatı” mövzularında geniş məruzələr ediblər.

Forum çərçivəsində Türk dünyasında elmi fəaliyyətin, tədqiqatların inkişafı və dəstəklənməsinə verdikləri töhfəyə, türkologiyanın inkişafındakı xidmətlərinə görə Azərbaycanın ilk Baş naziri, Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənova, Monqolustanın ilk Prezidenti Oçirbat Puntsalmaagiyinə, Qırğızıstanın ilk parlament spikeri Medetxan Şerimkulova, antropoloq, Qazaxıstan MEA-nın müxbir üzvü, professor Orazak Smaqulova, Dünya Tatarları Konqresi İcrayə Komitəsi rəhbəri professor Damir İşakova Beynəlxalq Türk Akademiyasının qızıl medalı təqdim olunub.

Tədbirdə Beynəlxalq Türk Akademiyası yeni işıq üzü görmüş yeni nəşrlərinin və millət vəkili Cavanşir Feyziyevin BTA tərəfindən qazax dilinə tərcümə olunmuş 5 cildlik “Türk dünyası” kitabının təqdimatı keçirilib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Erməni terror təşkilatlarının 49 ildə qətlə yetirdikləri türk diplomatlar - SİYAHI 22 Oktyabr 2019, 19:44 60 yaşlı kişini maşın vurdu - Baş Dövlət Yol Polisi İdarəsinin qarşısında 22 Oktyabr 2019, 19:33 Əlahiddə Ümumqoşun Orduda yoxlama aparıldı 22 Oktyabr 2019, 19:06 Fermerlər Şurasına yeni üzvlər qəbul olundu 22 Oktyabr 2019, 18:57 Rusiya və Belarus İttifaq Dövlətinin İctimai Palatasının üzvündən İlham Əliyevə MƏKTUB   22 Oktyabr 2019, 18:49 “Kəllə qənd”ə mənşəyi bəlli olmayan maddə vururdular - REYD 22 Oktyabr 2019, 18:40 Tbilisidə “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” ilə bağlı müzakirə aparıldı 22 Oktyabr 2019, 18:27 Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı: Təhlilin NƏTİCƏLƏRİ 22 Oktyabr 2019, 18:19 Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib 22 Oktyabr 2019, 18:11 Qənirə Paşayevadan ÇAĞIRIŞ 22 Oktyabr 2019, 18:00 Qoşulmama Hərəkatı ölkələrin gənc liderlərinin Bakı Forumu başladı 22 Oktyabr 2019, 17:52 Prezident yeni Baş Nazir müavinini qəbuluna ÇAĞIRDI 22 Oktyabr 2019, 17:42 Azərbaycanda keçirilən Qoşulmama Hərəkatı nədir? - VİDEO 22 Oktyabr 2019, 17:42 Dövlət Xidmətinin 5 regional idarəsi yaradıldı 22 Oktyabr 2019, 17:38 Sabahın məzənnəsi açıqlandı... 22 Oktyabr 2019, 17:35 Rövşən Rzayev 40-dan çox vətəndaşı dinlədi 22 Oktyabr 2019, 17:20 3 və 4 yaşlı uşaqlar məktəbəqədər təhsilə cəlb edilir 22 Oktyabr 2019, 17:20 Mingəçevir su anbarında reyd keçirildi 22 Oktyabr 2019, 17:14 İlham Əliyevdən yeni SƏRƏNCAM 22 Oktyabr 2019, 17:11 “Azərsu” rəsmiləri vətəndaşları dinlədi 22 Oktyabr 2019, 17:11 İlham Əliyev macarıstanlı həmkarını təbrik etdi 22 Oktyabr 2019, 17:06 Azərbaycan karateçilərindən ETİRAZ: “Dövlətimizə qarşı çıxanların əməllərini pisləyirik” 22 Oktyabr 2019, 17:03 Mir Şahin Yardımlıdan Perinbel kəndinə yol çəkdiribmiş - VİDEO 22 Oktyabr 2019, 17:00 Prezident daha bir sərəncam İMZALADI 22 Oktyabr 2019, 16:40 Baş Nazirin yeni müavini Şahin Mustafayev kimdir? - DOSYE 22 Oktyabr 2019, 16:36 Universitetlər imkansız tələbələrə hansı güzəştləri edir? - “Tərcümeyi-halına baxıb...” 22 Oktyabr 2019, 16:34 Şahin Mustafayev İqtisadiyyat naziri vəzifəsindən çıxarıldı, yeni posta gətirildi 22 Oktyabr 2019, 16:29 Vilayət Eyvazov 45 polis leytenantını işə təyin etdi 22 Oktyabr 2019, 16:22 Milli Məclisdə diaspor müzakirəsi: “Keyfiyyətcə yeni işlər görülür” 22 Oktyabr 2019, 16:17 İlham Əliyev Putinə başsağlığı verdi 22 Oktyabr 2019, 16:11 Türk ordusu terrorçuların bölgədən çıxışını təqib edir 22 Oktyabr 2019, 15:57 Ərdoğan bu gün Putinlə nədən danışdı… 22 Oktyabr 2019, 15:56 Bakı Mühəndislik Universitetində BDU-nun yubileyi qeyd olunub 22 Oktyabr 2019, 15:50 Dövlət Komitəsinin sədri TRT AVAZ-ın qonağı olub - VİDEO 22 Oktyabr 2019, 15:40 Daha bir universitetdə maaşlar artırıldı 22 Oktyabr 2019, 15:29