Modern.az

Azərbaycanda magistral qaz kəmərində partlayış baş verib

Azərbaycanda magistral qaz kəmərində partlayış baş verib

30 Yanvar 2012, 13:48

Bu gün səhər saatlarında Qazıməmməd-Qazax magistral qaz kəmərinin 118-ci kilometrliyində qaz sızmasından güclü partlayış baş verib.

Modern.az “Azəriqaz”a istinadən bildiri ki, hadisə Göyçay rayonu ərazisində qeydə alınıb. Partlayışdan sonra ərazidə güclü yanğın başlayıb.

Əraziyə Ağdaş Magistral Qaz Kəmərləri Sahəsinin və Göyçay rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Güclü yanğın ərazidə təhlükəli vəziyyət yaradıb.

Hazırda hadisənin nəticələri aradan qaldırılır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı