Modern.az

22 iyulda doğulan məşhurlar - ADLAR  

22 iyulda doğulan məşhurlar - ADLAR  

Aktual

22 İyul 2019, 16:47

Bu gün  Azərbaycan Mətbuatı 144-cü yaşını qeyd edir. 1875-ci ilin  22 iyul tarixində yaranan mətbuatımız çətin və şərəfli  yol keçib.

Eyni zamanda, doğum günü 22 iyula təsadüf edən məşhurlar da var.

 

Modern. az saytı  22 iyulda doğulanlarla bağlı yazı hazırlayıb.

 

Mirzə Kazım bəy

 

Azərbaycan şərqşünaslıq elminin banilərindən olan Kazan Universitetinin professoru Mirzə Kazım bəy 1802-ci ilin bu günündə dünyaya gəlib.

 

Fuad Muradov

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri. Bu gün komitə sədrinin  40 yaşı tamam olur.

Fuad Muradov 1979-cu il iyulun 22-də Bakı şəhərində anadan olub. Bakıdakı 6 saylı orta məktəbdə təhsil alıb. Orta məktəbi müvəfəqiyyətlə bitirən Fuad Muradov daha sonra ali təhsil almaq üçün Azərbaycan Dövlət Neft Akademiyasına daxil olub.

O ADNA-nın “ətraf mühit və neft sənayesi fakültəsini bitirib. 2002-ci ildə TEMPUS proqramı çərçivəsində magistr dərəcəsini alan F. Muradov Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun aspirantı olub. 2010-cu ildə “Neftin ilkin emalı zamanı ətraf mühitə atılan tullantıların tərkibində radionuklidlərin analizi və paylanma qanunauyğunluqları” mövzusunda dissertasiya işini müdafiə edərək kimya elmləri üzrə fəlsəfə doktoru adını alıb. 10 elmi əsərin və monoqrafiyanın müəllifidir. 

İngilis, fransız, türk və rus dillərini bilir. 

Gənc yaşlarından ictimai fəaliyyətə başlayan F. Muradov Azərbaycanda başlanan gənclər hərəkatının ən fəal nümayəndələrindən olub. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında təmsil olunan F. Muradov buradakı məhsuldar işi ilə diqqəti cəlb edib. Ölkədə aparılan gənclər siyasətinin aktiv iştirakçısı olan F. Muradov 2004-cü ildə qurumun sədri vəzifəsinə seçilib və 2012-ci ilə qədər təşkilata rəhbərlik edib.  O həmçinin 2005-ci ildə Dialoq və Əməkdaşlıq naminə İslam Konfransı Təşkilatı Gənclər Forumunun Avropa ölkələri üzrə əlaqələndiricisi seçilib. 

2005, 2010 və 2015-ci illərdə Milli Məclisin deputatı seçilib. 2018-ci ildə isə prezident İlham Əliyevin sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Hazırda diaspor sahəsindəki aktiv fəaliyyəti ilə seçilir.

 

Akif Səməd

 

O, 1980-ci illərdə  Azərbaycan poeziyasının nakam nümayəndələrindən olub. Akif Səməd 1959-cu ilin 22 iyul tarixində Qazaxın Astanbəyli kəndində anadan olub.

 

 

Fuad Nağıyev

 

Dövlət Turizm Agentliyinin sədri. Bu gün  Fuad Nağıyevin 43 yaşı tamam olur.

O, 1975-ci ilin bu günü  Bakıda anadan olub.  Bakıdakı 23 saylı orta məktəbdə təhsil alıb.1992-1997-ci illərdə Bakı Dövlət Universitetin Hüquq fakultəsində təhsil alıb. Təhsilini 1997-2000-ci illər ərzində AR Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun aspirantı kimi davam edib. 1998-ci ilin sentyabr-noyabr aylarında İngiltərənin Birminhem Universitetində Avropa Şurasının İnsan hüquqları üzrə hüquq və təcrübə proqramında təhsil alıb.

 

2004-2006-cı illərdə Aeroport Qeyt Biznes Aviasiya şirkətində xidmət və şöbə rəisi, 2006-2009cu illərdə “Paşa İnşaat” MMC-nin direktoru, 2007-2009-cu illərdə “Bakı Dəmir-Beton-8” ASC-də baş direktor vəzifələrində çalışıb.

 

2010-2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin hüquq sektorunda böyük məsləhətçi kimi fəaliyyət göstərib və “2-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsinə sahib olub. 2014-2017-ci illər ərzində “1-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsi ilə nazir köməkçisi vəzifəsində çalışıb.

 

6 fevral 2017-ci il tarixindən 23 aprel, 2018-ci il tarixinədək Milli Turizm Təbliğat Bürosu publik hüquqi şəxsin direktoru olub. 2018-ci ildən Turizm Agentliyinin sədri olaraq fəaliyyət göstərir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı