Modern.az

AMİP sədri İsveçin Moderat Partiyasından olan deputatla görüşüb

AMİP sədri İsveçin Moderat Partiyasından olan deputatla görüşüb

31 Yanvar 2012, 12:08

Azərbaycan Milli İstiqlal Partiyası və İsveç Krallığının hakim “Moderat” partiyasının birgə təşkilatçılığı ilə Bakı şəhərində “Qadınların ictimai-siyasi həyatda rolu” və “Gənclərin siyasi prosesslərə cəlb olunmasının forma və metodları” movzularında keçirilən və üç gün davam edən konfrans bu gün öz işini başa vurub.

Konfransda AMİP sədri Yusif Bağırzadə, AMİP baş katibi Arzuxan Əlizadə, AMİP beynəlxalq əlaqələr katibi Elşən Mustafayev və Moderat Partiyasından İsveç Parlamentinin deputatı xanım Elizabet Byornsdotter Rahmın çıxış ediblər.

Konfransda AMİP Mərkəzi Şura sədri Rəşad Bayramov, AMİP Qadınlar Təşkilatının sədri Aminə Vəliyeva, sədr müavini Ceyran Ənsər, AMİP Gənclər Təşkilatının sədri Əfsəddin Nəbiyevin məruzələri ilə yanaşı, Moderat partiyasının təmsilçiləri - İsveç parlamentinin deputatı, parlamentin xarici əlaqələr komitəsinin üzvü Elizabet Byornsdotter Rahmın, Stokholm şəhər Dairə Şurasında Moderat partiyasının mətbuat katibi Qustaf Stenlundun, Stokholm şəhər Dairə Şurasında Moderat Partiyası İnformasiya şöbəsinin müdiri Klara Vahrenin, Moderat partiyasının layihə meneceri Jonatan Olssonun  məruzələri dinlənilib və məruzələr ətrafında fikir mübadiləsi aparılıb. 

Konfransda KİV və sosial şəbəkələr, Qadınlar təşkilatının və gənclər təşkilatının AMİP-in fəaliyyətinə təsiri, bitərəf seçicilərlə iş, güclü təşkilatın qurulması və şəbəkələşmə, eləcə də sağ mərkəzçilik ideyalarının təbliği mövzularında sessiyalar keçirilib.

AMİP mətbuat xidmətinin məlumatına görə, konfransın ilk günü tədbir iştirakçıları və qonaqlar Şəhidlər Xiyabanını ziyarət ediblər.

AMİP və İsveçin Moderat Partiyasının birgə təşkil etdiyi konfranslar çərçivəsində Bakıda səfərdə olan İsveç Parlamentinin deputatı, parlamentin xarici əlaqələr komitəsinin üzvü xanım Elizabet Byornsdotter Rahm və AMİP sədri Yusif Bağırzadə arasında görüş keçirilib.

Görüşdə AMİP və Moderat partiyaları arasında mövcud olan münasibətlərin daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olunub və yaxın zamanlarda patiyaların Gənclər və Qadınlar təşkilatları arasında əməkdaşlıq sazişlərinin bağlanılması haqqında razılaşma əldə olunub.

AMİP-in Avropa strukturlarına və Beynəlxalq təşkilatlara inteqrasiyasına toxunan AMİP sədri iki partiyanın Beynəlxalq Dermokrat İttifaqı çərçivəsində əməkdaşlığından razı qaldığını və bu inteqrasiyanın daha da dərinləşməsində maraqlı olduğunu vurğulayıb. Xanım Elizabet Rahm isə öz növbəsində AMİP-in sağ mərkəzçilik ideyalarına sadiqliyi və bu istiqamətdə istər Azərbaycanın daxilində istərsə də beynəlxalq arenada tutduğu mövqeyi müsbət qiymətləndirərək AMİP-ə daim dəstək verməyə hazır olduqlarını bildirib.

Görüşdə həmçinin Azərbaycanın mövcud problemləri, Dağlıq Qarabağ, insan hüquqlarının vəziyəti, azad və ədalətli seçkilər, eləcə də Fransa Senatı tərəfindən son günlərdə qəbul olunmuş qanunla bağlı da fikir mübadiləsi aparılıb və AMİP-in bu və digər məsələlərlə bağlı mövqeyi qonağın diqqətinə çatdırılıb.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü