Modern.az

Salyanda ağır qəza: 1 ölü,  2  yaralı

Salyanda ağır qəza: 1 ölü,  2  yaralı

Aktual

10 Avqust 2019, 21:14

Salyan rayonunda 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Modern.az  “Report”a istinadən xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"BMV" və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Bunlar Yardımlı rayon sakinləri - 1991-ci il təvəllüdlü Bağırova İntizar Ədalət qızı, 1990-cı il təvəllüdlü Yarıyev Coşqun İltifat oğlu və 2010-cu il təvəllüdlü Yarıyev Sadiq Coşqun oğludur.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq S.Yarıyevin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı