Modern.az

Bakı Dövlət Universitetinin 100 yaşı tamam oldu

Bakı Dövlət Universitetinin 100 yaşı tamam oldu

1 Sentyabr 2019, 09:57

Müsəlman Şərqində ilk dünyəvi və müasir ali təhsil ocağı olan, tarixin ən müxtəlif mərhələlərində elmi və ictimai düşüncənin lokomotivi kimi çıxış edən Bakı Dövlət Universiteti (BDU) 100 illik yubileyidir.

Bu gün – 1 sentyabrda Bakı Dövlət Universitetinin yaranmasından 100 il ötür.

BDU tarixən vətənpərvər ziyalıların fədakar əməyi sayəsində yetirdiyi ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə Azərbaycanın mövcud simasının təşəkkülünə böyük töhfələr verib. 

Modern.az-ın məlumatına görə, 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyəti Bakıda universitetin təsis edilməsi ilə bağlı qərar qəbul edib və onun nizamnaməsi təsdiq olunub. Beləliklə, Avropa və Asiyanın qovuşuğunda yeni bir ali təhsil ocağı – Bakı Dövlət Universiteti yaradılıb.

İlk tədris ilini tarix-filologiya, tibb fakültələri və 44 müəllimlə başlayan BDU 97 illik fəaliyyəti dövründə Azərbaycanın elm, təhsil və mədəniyyət tarixində böyük rol oynayıb. Universitetin məzunları respublikada ali təhsil şəbəkəsinin qurulmasında, elmi məktəblərin genişlənməsində, ziyalı təbəqəsinin formalaşmasında və müstəqil Azərbaycanın çiçəklənməsində xüsusi xidmətlər göstəriblər.

Təbiət, fundamental, humanitar və sosial elmlər sahəsi üzrə çoxprofilli ali təhsil ocağı olan BDU-nun 16 fakültəsində bakalavriat səviyyəsində 65, magistratura səviyyəsində isə 44 ixtisas və 235 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir və təhsil alan tələbələrin sayı 23 minə yaxındır. Universitetdə təhsil alan tələbələrin təlim-tərbiyəsi ilə 3000-dən çox əməkdaş, o cümlədən, 1500 nəfər professor-müəllim heyəti məşğul olur. Onlardan 300 nəfərə qədəri elmlər doktoru, professor, 1000 nəfərə qədəri fəlsəfə doktoru, dosentdir.



Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir