Modern.az

Qəbul imtahanlarının yükünün azaldılması təklif olundu 

Qəbul imtahanlarının yükünün azaldılması təklif olundu 

Təhsil

Bu gün, 14:21

Son günlər ali təhsil müəssisələrinə qəbul imtahanları ilə bağlı müzakirələr yenidən aktuallaşıb.

Modern.az xəbər verir ki, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əlməmməd Nuriyev qəbul sisteminin təkmilləşdirilməsi ilə bağlı fikirlərini bölüşüb.

O, Dövlət İmtahan Mərkəzinin (DİM) illər ərzində qazandığı ictimai etimadın qorunmasının vacibliyini vurğulayıb:

“Dövlət İmtahan Mərkəzini ölkəmizin ən şəffaf qurumlarından biri hesab edirəm. Gənclərin öz biliyi ilə universitetə daxil olmaq imkanına inamı illərlə qazanılmış böyük nailiyyətdir. DİM bu müddətdə qiymətləndirmə üsullarını da yeniləyib. Həmin işi davam etdirmək və genişləndirmək lazımdır”.

Ə.Nuriyev bildirib ki, şagirdlərin düşünmə, yazılı ifadə və biliklərin tətbiqi bacarıqları daha dolğun qiymətləndirilməli, imtahan yükünə yenidən baxılmalıdır:

“Məktəbdə tədrisin keyfiyyəti ilə imtahanda qiymətləndirmənin keyfiyyətini birlikdə müzakirə etməliyik. Şagirdin məktəbdə yaxşı hazırlıq ala bilməsi ailələrin əlavə xərcinin azalması üçün də vacibdir. Bu müzakirələrdə təhsil verənlər, təhsil alanlar, valideynlər, vətəndaş cəmiyyəti, mütəxəssislər və aidiyyəti qurumlar iştirak etməlidir”.

Fond prezidentinin sözlərinə görə, idarəetmədə dəyişiklik təklif olunursa, onun hansı problemi həll edəcəyi də əsaslandırılmalıdır.

“Mənim üçün əsas meyar budur: ailəsinin maddi imkanından və tanışlıqdan asılı olmayaraq, hər bir gənc biliyi ilə universitetə daxil ola bilsin. İslahatlar bu imkanı və qəbulun ədalətli olduğuna inamı daha da gücləndirməlidir”, – Ə.Nuriyev qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Gürcüstana sərt xəbərdarlıq - Rusiyadan müharibə hədəsi - Gündəm Masada - Media Turk TV