Modern.az

Sumqayıtda daha 15 qanunsuz tikilinin qarşısı alınıb

Sumqayıtda daha 15 qanunsuz tikilinin qarşısı alınıb

Təhsil

25 Dekabr 2009, 09:55

Sumqayıt şəhərində qanunsuz tikinti aparan şəxslər barədə Memarlıq və şəhərsalma idarəsi tərəfindən son 15 gün ərzində 23 akt, 11 iddia ərizəsi tərtib edilib. Modern.az-ən məlumatına görə, bu barədə Sumqayıt şəhərr İcra Hakimiyyətindən məlumat verilib. Aktlar aidiyyatı üzrə şəhər Polis İdarəsinə və şəhər İcra hakimiyyəti başçısı yanında İnzibati Komissiyaya göndərilib. Bundan əlavə həmin aktlar əsasında şəhər İcra hakimiyyətinə və Polis İdarəsinə mütəmadi məlumatlar verilib. Şəhərin müхtəlif ərazilərində aparılan 12 qanunsuz tikinti işlərinin saхlanılması, ümumilikdə 3 qеyri-qanuni tikililərin söküntüsü təmin еdilib. Qeyd edək ki, eyni zamanda küçə ticarətinin aradan qaldırılması və piyada yollarının boşaldılması məqsədilə sahibkarlara bildirişlər və xəbərdarlıqlar paylanılıb.
 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü