Modern.az

Ərdoğan Türkiyə millisinin Bakıda oynayacağını əvvəlcədən proqnozlaşdırıb

Ərdoğan Türkiyə millisinin Bakıda oynayacağını əvvəlcədən proqnozlaşdırıb

Aktual

1 Dekabr 2019, 14:43

“AVRO-2020 qrupunun püşkatmasından əvvəl prezident Ərdoğan “Qazprom”un rəhbəri Aleksey Millerə "İnşallah Roma ilə birlikdə Bakıda düşəcəyik" deyib”.

 

Modern.az xəbər verir ki, bu sözləri NTV telekanalının idman şərhçisi Ridvan Dilmən söyləyib. O qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə yığmasının AVRO 2020-də A qrupuna düşəcəyini püşkatmadan öncə proqnozlaşdırıb:

 

“Prezidentin ürəyi təmizdir. Biz indi onunla məsləhətləşdik. Hər iki oyun Bakı keçiriləcək. Əslində, ölkəmizin istədiyi şəkildə oldu. 10 gün Bakıda qalarıq".

 

Qeyd edək ki, AVRO-2020-də Türkiyə-İtaliya matçı ilə bərabər Uels - İsveçrə oyunları da Azərbaycanda baş tutacaq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı