Modern.az

Eks-prezident qətldə İTTİHAM OLUNUR

Eks-prezident qətldə İTTİHAM OLUNUR

Dünya

13 Dekabr 2019, 13:02

Qırğızıstanın eks-prezidenti Almazbek Atambayev evində əməliyyat aparılan zaman xüsusi təyinatlı hərbçinin öldürməkdə ittiham olunur. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onun vəkili Zamir Jooşev deyib.

 

Atambayev konkret olaraq, “Alfa” xüsusi təyinatlı dəstəsinin komandir müavini Usenbek Niyazbekovun ölümündə təqsirləndirilir.

 

İstinaq materialları Atambayevin onu həbs etməyə gələn xüsusi təyinatlılara Draqunov snayper tüfəngindən atəş açdığı və Niyazbekovu öldürdüyü qənaətindədir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!