Modern.az

Goranboyun Sarov kəndində səyyar qəbul keçirildi

Goranboyun Sarov kəndində səyyar qəbul keçirildi

Aktual

17 Yanvar 2020, 17:50

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri ilə birgə 17 yanvar 2020-ci il tarixdə rayonun Sarov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində olub.

 

Goranboy RİH-dən Modern.az-a verilən məlumata görə, burada kənd sakinləri ilə görüşən icra başçısı  onların  problem və müraciətlərini dinləyərək ərazidə həlli vacib məsələlərlə yaxından tanış olub.

 

Səsləndirilən problem və təkliflərin obyektiv surətdə araşdırılması və həlli ilə bağlı, aidiyyəti üzrə məsul şəxslərə yerində  lazımı tapşırıqlar verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır