Modern.az

Şəmkirdəki qəzada 3 nəfər ölüb

Şəmkirdəki qəzada 3 nəfər ölüb

Aktual

27 Yanvar 2020, 21:59

Şəmkirdə baş verən ağır yol qəzasında ölənlərin sayı artıb.

Modern.az  "Report"a  istinadən xəbər verir ki, qəza zamanı ağır xəsarət almış yaralılardan biri xəstəxanada dünyasını dəyişib.

Bununla da qəzada ölənlərin sayı üç nəfərə çatıb.

Məlumata görə, ölənlərdən ikisi qardaşdır.

Qeyd edək ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun Üçtəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?