Modern.az

Ermənilərin “təmir” etdiyi Şuşa məscidinin indiki halı – VİDEO

Ermənilərin “təmir” etdiyi Şuşa məscidinin indiki halı – VİDEO

28 Yanvar 2020, 09:43

Ermənilərin rekonstuksiya adı ilə tanınmaz hala saldıqları Şuşanın Yuxarı Gövhər Ağa məscidinin son görüntüləri yayımlanıb.

Modern.az xəbər verir ki, Qarabağda yaşayan rusiyalı tarixçi Anton Yestratovun bir müddət öncə paylaşdığı videoda Şuşa məscidinin daxili və zahiri görkəminin ciddi dəyişikliyə uğradığı görünür. Bundan başqa, yaxınlıqdakı mədrəsədə də dəyişikliklərin olduğu videodan bəlli olur. Ermənipərəst mövqeyi ilə tanınan Yevstratov Şuşa məscidini qərəzli şəkildə İranın maddi irsi kimi təqdim edib. 

 

Xatırladaq ki, layihəni Ermənistanın “İDeA” fondunun maliyyəsi hesabına İranın “Part Saman Jahan” memarlıq şirkəti həyata keçirib. Layihənin əsas maliyyəsini erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyan ayırıb.

Tarixi Yuxarı Gövhər Ağa məscidinin rekonstruksiya adı ilə tanınmaz hala salan düşmən tərəfi yaxınlıqda yerləşən mədrəsə də ciddi dəyişikliklər aparıblar.

 

Xatırladaq ki, Yuxarı Gövhər Ağa məscidi 1883-cü ildə inşa olunub. Məscidin memarı Kərbəlayi Səfi Xan Qarabaği olub.

Modern.az Şuşa məscidinin son görüntülərini təqdim edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi