“Hamınızın bildiyi kimi, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər tarixin müxtəlif sınaqlarından keçərək bugünkü yüksək səviyyəyə çatıb”.
Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə mətbuata bəyanatında deyib.
Türkiyə Prezidenti bildirib ki, "Bir millət, iki dövlət" şüarı ilə ifadə etdiyimiz bu könül birliyi ortaq keçmişimizdən aldığı güclə sabahımıza işıq tutan sönməz bir məşəldir: “15 iyun 2021-ci il tarixində Şuşada imzaladığımız bəyannamə ilə müttəfiqlik bağını möhkəmləndirdiyimiz bu qardaşlığımızı zəiflətmək istəyənlər dünən olduğu kimi, bu gün də, sabah da məqsədlərinə əsla çata bilməyəcəklər. Uca Allahın izni ilə birliyimiz hər zaman davam edəcək”.