Modern.az

Ərdoğan Azərbaycan-Türkiyə şeirini səsləndirdi - VİDEO

Ərdoğan Azərbaycan-Türkiyə şeirini səsləndirdi - VİDEO

Ölkə

Bu gün, 16:41

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərhum Xalq şairi Bəxtiyar Vahabzadənin Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş şeirini səsləndirib.

Modern.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu Prezident İlham Əliyevlə mətbuata bəyanatı zamanı deyib.

Ərdoğan adıçəkilən şeirdə iki ölkənin ortaq dəyərlərini və qardaşlıq münasibətlərini vurğulayıb:

“Birdir bizim hər halımız
Diləyimiz, amalımız
Bayraqlarda hilalımız
Azərbaycan-Türkiyə”.

Türkiyə Prezidenti Azərbaycanın şanlı bayrağının səmalarda əbədi olaraq dalğalanmasını arzulayıb.

O, 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edib, Azərbaycan xalqına salam və məhəbbətlərini çatdırıb.

Sizə yeni x var
Keçid et
XTQ həkiminin döyüş meydanında gördükləri: Şəhidlərin son sözləri, yaralıların vəsiyyətləri