Modern.az

Parisdə kütləvi etirazlar başladı

Parisdə kütləvi etirazlar başladı

18 Fevral 2020, 01:07

Parisdə hökumətin təqdim etdiyi təqaüd islahatı layihəsinə qarşı daha bir kütləvi etiraz aksiyası başlayıb.

Modern.az  xarici  mediaya  istinadən  xəbər verir ki, Opera Qarnyedən qanun layihəsinin müzakirə olunacağı Milli Assambleyaya doğru yürüş edən nümayişçilər “Makron, rədd ol!”, “İctimai tənəzzülü müzakirə etməzlər, ortadan qaldırarlar!” yazılan şüarlar daşıyırlar.

 

Qeyd edək ki, bəzi işçi təbəqələri üçün imtiyazlardan imtina edərək universal təqaüd sisteminin tətbiqini nəzərdə tutan qanun layihəsi artıq parlamentin aşağı palatasının xüsusi komissiyasına təqdim olunub. Layihəyə indiyədək 22 minədək düzəliş edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi