Modern.az

“Sədərək”dəki yanğından 9 nəfər zəhərləndi, 1-i xəstəxanaya yerləşdirildi - FOTO - VİDEO

“Sədərək”dəki yanğından 9 nəfər zəhərləndi, 1-i xəstəxanaya yerləşdirildi - FOTO - VİDEO

18 Fevral 2020, 09:30

"Sədərək" Ticarət Mərkəzində baş verən yanğına 5 təcili yardım briqadası cəlb edilib.

 

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Modern.az-a bildirib ki, yanğın nəticəsində xəsarət alanlar var:

 

“Hadisə nəticəsində əraziyə 5 tibbi briqada cəlb edilib. Hadisə nəticəsində 9 nəfərə yerində yardım göstərilib, 1 nəfər travma ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib”.

 

Xatırladaq ki, bu gün səhər saatlarında "Sədərək" Ticarət Mərkəzinin 1-ci zona, 9-cu sırasında qəfil yanğın baş verib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir