Modern.az

Prezident İlham Əliyev Ayaz Mütəllibovla görüşdü - FOTO

Prezident İlham Əliyev Ayaz Mütəllibovla görüşdü - FOTO

Ölkə

26 Fevral 2020, 12:46

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva eks-prezident Ayaz Mütəllibovla “Ana harayı” abidəsini ziyarət edərkən salamlaşıb.

 

Modern.az-ın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

 

Bu zaman mərasimdə iştirak edən Ayaz Mütəllibov Azərbaycan Prezidenti və Birinci vitse-prezidentlə görüşüb.

 

Qeyd edək ki, A.Mütəllibov Xocalı soyqırımından bir neçə gün sonra vəzifəsindən istefa verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər