Modern.az

Ölkəmizə gələn əcnəbilərin sayı artıb

Ölkəmizə gələn əcnəbilərin sayı artıb

5 Mart 2020, 11:32

"Son iki ay ərzində əcnəbilərin ölkəmizdə fəaliyyəti ilə bağlı bütün sahələrdə artım müşahidə edilib".

 

Modern.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında Dövlət Miqrasiya Xidmətinin rəisi  Vüsal Hüseynov deyib.

 

O qeyd edib ki, son günlərdə ilin əvvəlində müşahidə olunan artım nisbətən səngiyib.

 

"2020-ci ilin yanvar və fevral ayında ölkəyə gələn əcnəbilərin sayı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz çoxdur.

 

Bu il üçün önəmli məqamlardan biri də budur ki, 2020-ci ildə qaçqın statusu almaq üçün müraciət edən əcnəbilərin sayı 32 nəfər olub ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3.4 faiz azalma deməkdir".

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir