Modern.az

Koronavirusun siyasi nəticələri: Bütün münasibətlər sistemi dəyişəcək

Koronavirusun siyasi nəticələri: Bütün münasibətlər sistemi dəyişəcək

Aktual

23 Mart 2020, 15:12

“Koronavirus bitdikdən sonra dünyada bütün münasibətlər sistemində dəyişiklik olmalıdır”.

                                                                                                        

Bu barədə Modern.az-a koronavirusun siyasi nəticələri haqqında danışarkən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, bu gün hətta İŞİD kimi terrorçu təşkilat da öz üzvlərinə müraciət edərək, koronavirusdan qorunmağı məsləhət edib:

“Əgər virusdan əvvəl böyük dövlətlər silah istehsalı yarışına girirdisə, indi onlar dərman ixtira etmək üzərində düşünürlər. Necə ki, İkinci Dünya Müharibəsinə qədər bir-biri ilə savaşan Avropa dövlətləri müharibədən sonra başa düşdülər ki, birləşmək lazımdır. Düşünürəm ki, koronavirusla mübarizə uğurla yekunlaşdıqdan sonra dünya beynəlxalq münasibətlər sisteminə yenidən baxmalıdır. Müharibə, savaşlar, qarşıdurmalar  lazımsız məsələlərdir. Artıq dünya insan həyatına daha çox diqqət etməyə çalışacaq. Koronavirus İtaliya kimi bir dövləti faktiki zəiflədib. Halbuki İtaliya, Çin, ABŞ və digər ölkələr faktiki inkişaf etmiş, güclü dövlətlərdir. Epidemiyanın yayılması göstərdi ki,dünyadakı bütün güc mərkəzləri bu cür fövqəladə hallarda acizdir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı